Kafedra müdiri

QISA BİOQRAFİK MƏLUMAT:.

 Əli Aydın oğlu Allahverdiyev – “Menecment və turizm işi” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

02.01.1959 –cu  ildə Gürcüstan Respublikasının Marneuli rayonun Dəmyə – Görarxı kəndində anadan olmuşdur.

1975-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonun Dəmyə-Görarxı kənd orta məktəbini bitirmişdir.

Telefon: 055-751-25-70

E-mail: ali.menecer@gmail.com

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:

1980 – ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (o vaxtki D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun) Sənayenin iqtisadiyyatı fakültəsini Sənayenin planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1990–cı ildə dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1996-cı ildə dosent elmi adı almışdır.

ƏMƏK FƏALİYYƏTİ:

1980-1984-cü illərdə Gəncə şəhər İcraiyə Komitəsinin Şəhər Plan Komissiyasında iqtisadçı vəzifəsində işləmişdir.

1984-2007-ci illərdə Azərbaycan Texnologiya Universitetinin İstehsalın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir.

2007-2010-cu illər ərzində Azərbaycan Texnologiya Universitetinin Biznesin idarə edilməsi kafedrasının, 2010-2012-ci illərdə isə Menecment kafedrasının müdiri olmuşdur.

2012-2019-cu illərdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir.

2019- cu ildən Gəncə Dövlət Universitetinin Menecment və turizm işi kafedrasının müdiridir.

ELMİ ƏSƏRLƏRİ:

45 elmi əsərin müəllifidir

BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRRANSLARDA İŞTİRAKI:

Beynəlxalq və respublika miqyaslı konfranslarda iştirak etmişdir.

DİL BİLGİSİ: Rus dili – əla, Türk dili –sərbəst, İngilis dili – orta

PARTİYALILIĞI: YAP

TƏLTİFLƏR: “Qabaqcıl təhsil işçisi” döş nişanı

TƏDQİQAT SAHƏSİ:

Menecment, Strateji menecment, İnsan resurslarının idarə edilməsi