Tələbələrimizin uğurları
“
İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasının II kurs tələbəsi Abdullayev Rəhman Qalib oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” adlı III Ümumrespublika elmi məqalə müsabiqəsində “Süni intellektin iş yerlərinə təsiri” adlı məqaləsinə görə sertifikatla təltif olunmuşdur. Bundan əlavə, Rəhman akademik inkişaf və elmi yaradıcılıq yolunda inamla irəliləyərək, bir çox beynəlxalq sertifikatlar əldə etmişdir. Bu uğur gənc tədqiqatçıların elmi potensialının inkişafının bariz nümunəsidir. Tələbəmizi əldə etdiyi nailiyyətlərə görə təbrik edirik və gələcək elmi fəaliyyətində uğurlar arzu edirik.




“GƏNCLƏR GÜNÜ” MÜNASİBƏTİLƏ SERTİFİKATLA TƏLTİF OLUNAN TƏLƏBƏLƏRİMİZ:











Tələbə qızımız taekvondoda bürünc medal qazanıb
“İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasının I kurs tələbəsi Elnarə Hüseynova “Taekvando” idamn növü üzrə Hövsan FHN İdman Sağlamlıq Mərkəzində keçirilən böyüklər arasında keçirilən ölkə çempionatı yarışında 67 kq çəki dərəcəsində uğurlu çıxış edərək bürünc medala layiq görülüb.
O, yarış boyunca yüksək əzmkarlıq, peşəkarlıq və idman ruhu nümayiş etdirərək rəqibləri üzərində üstünlük qazanıb. Bu nailiyyət tələbəmizin həm fiziki hazırlığının, həm də iradə və zəhmətinin bariz nümunəsidir. Onun əldə etdiyi nəticə gənclərimizin hərtərəfli inkişaf etdiyinin, onların yalnız iqtisadiyyat və biznes sahəsində deyil, eyni zamanda idman və digər sahələrdə də yüksək nailiyyətlər qazandıqlarının və düzgün istiqamətdə inkişafının göstəricisidir.
Tələbəmizi bu uğur münasibətilə təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.


TƏLƏBƏ FƏALLIĞININ NÜMUNƏSİ:tələbəmiz il ərzində TGT-də fəallığı ilə fərqləndi
İqtisadiyyat və idarəetmə fakültəsi “Turizm işinin təşkili” ixtisasının I kurs tələbəsi Azər Cəfərov 2025-ci il ərzində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) tərkibində fəaliyyət göstərən Tələbə Klubları çərçivəsində tələbələrin təhsildənkənar fəaliyyətinin təşkili və həyata keçirilməsində fəal iştirak etmişdir. O, müxtəlif tədbirlərin planlaşdırılması, təşkilati işlərin icrası və tələbələrin ictimai həyata cəlb olunmasında xüsusi təşəbbüskarlıq nümayiş etdirmişdir. Göstərdiyi fəal mövqeyə, məsuliyyətli yanaşmaya və tələbə gənclərin inkişafına verdiyi töhfələrə görə Azər Cəfərov ATGTİ tərəfindən “İlin TGT Fəalı” nominasiyası üzrə təltif olunmuşdur.
Təhsil yalnız auditoriya ilə məhdudlaşmır. Müasir dövrdə tələbələrin həm akademik biliklərə yiyələnməsi, həm də ictimai və sosial fəaliyyətlərdə fəal iştirakı onların formalaşmasında mühüm rol oynayır. Bu baxımdan tələbəmiz Cəfərov Azər öz fəallığı və təşəbbüskarlığı ilə seçilərək nümunəvi tələbə kimi fərqlənmişdir.
Bu uğur bir daha sübut edir ki, fakültəmizin tələbələri yalnız ixtisas bilikləri ilə deyil, eyni zamanda ictimai fəallıqları, liderlik bacarıqları və sosial məsuliyyətləri ilə də seçilirlər. Azər Cəfərovu bu nailiyyəti münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!

