İxtisaslar

Fakültədə 2019-cu ilin təhsil proqramına əsasən 9  (doqquz) ixtisas üzrə kadr hazırlığı aparılır.

1. 050 402 – Biznesin idarə edilməsi

       Biznesin idarə edilməsi ixtisası müəssisələrin fəaliyyəti, funksiyaları və əlaqələri barədə məlumat vermək və bu sahədə təcrübə təmin etmək üçün nəzərdə tutulmuşdur. İxtisas həmçinin bakalavrın praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Bununla yanaşı, kafedranın bir məqsədi qloballaşmanın yalnız yerli çərçivədə deyil, həm də beynəlxalq ölçüdə nəzərə alınması yolu ilə getdikcə rəqabət mühitinə uyğunlaşa biləcək tələbələrə təhsil verməkdir. Məzunlar həm özəl, həm də hökumət sektorlarında ixtisas üzrə aldıqları təlim proqramı ilə geniş bir sahədə iş tapmaq imkanı əldə edirlər.

2. 050 404 – Dövlət və bələdiyyə idarəetməsi

       Bu ixtisas dövlət idarəetməsi anlayışının, məzmunu və formalarını; bələdiyyə menecmenti və özünüidarəetmə məsələlərini; Azərbaycanda dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müasir sistemini; dövlət orqanlarının təsnifatını, onların funksiyalarını və quruluşunu; dövlət xidmətinin əsaslarını; dövlət xidmətinin təşkili və yerinə yetirilməsini; bürokratiya və dövlət idarəetməsini; xarici ölkələrdə dövlət xidmətinin təşkili məslələrini öyrənir. Eyni zamanda “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasında yerli özünüidarəetmənin prinsipləri və vəzifələri; bələdiyyə menecmentinin strukturu və təşkili; dövlət idarəetməsi, korporativ idarəetmə və yerlərdə özünüidarəetmənin əlaqələndirilməsi; dövlət hakimiyyəti, yerli özünüidarəetmə və müəssisə orqanlarının qarşılıqlı təsirlərinin təşkili; yerli özünüidarəetmənin iqtisadi sasları; yerli özünüidarəetmənin iqtisadi əsasları; yerli özünüidarəetmənin maliyyə təminatı; şəhərlərin idarə edilməsi xüsusiyyətləri; dövlət və bələdiyyə idarəetməsi sahəsində qərarların işlənib hazırlanması, qəbul edilməsi və reallaşdırılması, həmçinin xarici ölkələrdə yerli özünüidarəetmənin təşkili; yerlərdə dövlət idarəetmə orqanlarını və yerli idarəetmə orqanlarının strukturu və funksiyaları da araşdırılır.

3. 050 405 – İqtisadiyyat

       İqtisadiyyat ixtisası – vacib əhəmiyyət kəsb edən iqtisadi məsələləri dərk etmək, dünyada ən mühüm iqtisadi problemlər haqqında yaradıcı və dərindən düşünməyi öyrədir. İqtisadiyyat dövlət siyasətinin təhlili üçün əsas çərçivəni təmin edir, bazar və sosial nəticələri formalaşdıran əsas siyasət məsələlərini başa düşmək üçün zəmin yaradır. İxtisas qlobal yoxsulluğun aradan qaldırılması və ətraf mühitin yaxşılaşdırılmasına qədər dünyanın ən aktual suallarına cavab tapmaqda kömək edir, dövlət siyasəti müzakirələrində iştirak etmək və iqtisadi, sosial tərəqqi üçün hərəkət imkanları yaradır. İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr iqtisadi səmərəlilik, iqtisadi artım, qlobalizm, sosial ədalət, sərvət və yoxsulluq, güc, fərdi azadlıq, ayrı-seçkilik, mədəni dəyərlər və ətraf mühitlə bağlı məsələlərə müxtəlif yanaşmaları tətbiq etməyi öyrənir.

4. 050 406 – Maliyyə

       Maliyyə ixtisasında dövlət və özəl sektorun maliyyə məsələləri ilə bağlı üzləşdiyi problemlərə elmi metodlardan istifadə etməklə lazımi həll yollarını hazırlamaq üçün ixtisaslı işçi qüvvəsi hazırlanır. Hal–hazırda Maliyyə ixtisası gələcək üçün ən çox perspektivlər vəd edən ixtisaslar arasındadır. Bu ixtisas üzrə məzun olanlar dövlət maliyyə institutlarında, banklarda, sığorta, investisiya, audit və maliyyə məsləhətçi şirkətlərində karyera imkanları əldə edə bilərlər. Maliyyə ixtisaına sahib olan məzunlar doğru və hədəflənmiş büdcə planlamasının həyata keçirilməsi, büdcə vəsaitlərindən səmərəli istifadənin monitorinqi, vergilərin və digər ödənişlərin vaxtında tutulmasının monitorinqi, rəqəmsal bankçılıq, müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil etmək və icrasına nəzarət etmək, maliyyə bazarları alətlərindən istifadə, şirkətin kapitalının idarə edilməsi, maliyyə vəziyyətinin monitorinqi, investisiya layihələrinin məqsədəuyğunluğunun qiymətləndirilməsi, bazarın, müəssisənin maliyyə vəziyyətinin, maliyyə və şirkətin əhatə dairəsi ilə əlaqədar qanunvericilik yeniliklərinin monitorinqi, biznes planların hazırlanmasında, risklərin qiymətləndirilməsində və idarə edilməsində iştirak, iqtisadi proseslərin proqnozlaşdırılması və s.bilmək imkanını əldə edirlər. 

5. 050 407 – Marketinq

       Marketinq ixtisasının məqsədi mal və xidmətlər, məkanlar, insanlar, ideyalar, təcrübələr, idman, əyləncə, səhiyyə, təhsil, siyasət kimi bir çox sahədə marketinq nəzəriyyəsi və təcrübələrini bilən və peşəkar şəkildə tətbiq edə bilən marketinq mütəxəssisləri yetişdirməkdir. Bu ixtisas üzrə məzun olan tələbələr özəl və dövlət sektorlarında reklam, ictimaiyyətlə əlaqələr, satış mütəxəssisi kimi sahələrlə yanaşı, məhsul idarəçiliyindən müştəri münasibətlərinə, logistikadan marketinq araşdırmalarına qədər müxtəlif peşələrdə çalışa bilərlər. Bundan əlavə, yeni və qloballaşan dünyanın tələblərinə uyğun gələn və sərhəd anlayışının ortadan qalxmasını təmin edən rəqəmsal marketinq və e-ticarət kimi peşə qruplarına istiqamətlənə bilərlər. Bu ixtisasın məzunları reklam idarəçiliyi, ictimai əlaqələr, özəl sektorda satış sektoru və hökumət sektoru kimi sahələrdə, eyni zamanda məhsul idarəçiliyindən müştəri əlaqələrinə, loqistikdən marketinq araşdırmalarına qədər müxtəlif peşəkar qruplarda işləyə bilər. Bundan əlavə, rəqəmsal marketinq, e-ticarət, yeni və qloballaşan dünya ehtiyacları və peşə sərhədlərinin itməsi konsepsiyası sərhədləri kimi yönəldilə bilər.

6. 050 408 – Menecment

       Menecment idarəetmə münasibətlərini formalaşdıran və tənzimləyən idarəetmə prinsiplərini və dəyərini (ümumilikdə idarəetmədə mədəniyyətini) araşdırır. O, təşkilatın daxili və xarici mühit amilləri arasında qarşılıqlı 56 dinamikanı və münasibətləri müəyyənləşdirir. Menecment və ya idarəetmə işgüzar təşkilatın məqsədlərinə çatmaq üçün istifadə olunan metodları, o cümlədən iqtisadi, inzibati sosial-psixoloji metodları və onların elementlərini öyrənir. Menecment insani resurslarını-qrupları kollektivləri, kollektivdaxili dinamkanı, qrupun fəaliyyətinə təsir edən amilləri, kollektivdəki sosial-psixoloji mühiti tətqiq edir. Təşkilat rəhbərlərin (liderlərin) əsas keyfiyyətləri onların hakimiyyət mənbələri (resusrları) və mexanizmləri, rəhbərlik üslübları-direktiv, demokratik və liberal menecerlər tərəfindən əhatə edilir. İstehsalın təşkili və idarə olunması, o cümlədən maliyyə, informasiya, texnoloji, material (xammal), insani kimi resursların cəlb edilməsi və təşkili menecment sisteminə daxildir. Təşkilatın zaman baxımından qısa müddətli, orta müddətli və strateji idarə edilməsi menecmentin yanaşmasına aiddir. Bu ixtisas işgüzar təşkilatlarla yanaşı dövlət və bələdiyyə sahəsində idarəetmə ona çatma vasitələrinin seçilməsi ilə yanaşı, bu prosesdə yaranan münaqişələrə, streslərə dəyişikliklərə müqavimət və onların idarə edilməsini məhz menecment öyrənir. Menecment qaydaları, normaları, dəyərləri, həmçinin bütövlükdə təşkilati mədəniyyət və menecment etikasının tərkibində işıqlandırır

7. 050 409 – Mühasibat

Mühasibat ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqların aşılanmasıdır. Sığorta agentlikləri, vergi müfəttişlikləri, pensiya fondları daxil olmaqla müxtəlif maliyyə təşkilatlarında, habelə sənaye, tibb, nəqliyyat, təhsil və bu kimi müztəlif fəaliyyət sahələrində də mühasiblərə ehtiyac vardır.  Mühasibatlıq bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərkən və gələcək fəaliyyətləri barəsində qərar verərkən mühasiblərin verdiyi məlumatlara əsasən hərəkət edirlər. Mühasibat şöbəsinin verdiyi qərarlar müəssisənin mövcud vəziyyətini ifadə etməklə qalmayıb eyni zamanda gələcək investisiya qərarlarının verilməsinə kömək edir.

8. 050 810 – Turizm işinin təşkili

Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. İxtisasın əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uygun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır.  İxtisas üzrə məzunların vəzifə öhdəliklərinə xarici və daxili, fərdi və qrup turlarının təşkili, xarici və daxili tərəfdaşlar ilə əlaqələrin qurulması və işgüzar yazışmaların aparılması, müştərilərdən gələn sorğuların cavablandırılması, otelllərin və turizm xidmətlərinin bronlaşdırılması, səyahət sığortasının yazılması, mövsümə uyğun turların analiz edilib hazırlanması, müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi, aviabiletlərlə bağlı əməliyyatların aparılması və bu kimi işlər daxildir. Turizm işinin təşkili ixtisasının məzunları mehmanxana şəbəkələri, turizm şirkətləri, beynəlxalq turizm təşklatları, uyğun təyinatlı dövlət qurumlarında işləyə bilərlər.

9. 050 809 – Turizm bələdçiliyi

       Turizm bələdçiliyi ixtisasına yiyələnən tələbə yerli və xarici turistlərə turizm marşrutları üzrə bölgələrimizin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mənəvi tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında məlumat verən şəxsdir. Turistlərin qarşılanması, ekskursiya və tur proqramlarının hazırlanması, muzey, qoruq, sərgi, turistləri maraqlandıran bütün digər obyektlərə ekskursiyaların keçirilməsi, bu obyektlərə aid sənəd və tarixi materialların öyrənilməsi, tur gedişatı müddətində məlumatların turistlərə çatdırılması, ekskursiya iştirakçılarına təhlükəsizlik qaydalarının izahı, sənədləşmənin aparılması turizm bələdçisinin gördüyü işlər sırasındadır. İxtisas üzrə məzunlar yerli və xarici turizm təşkilatlarında, Azərbaycan Dövlət Turizm Agentliyi kimi uyğun təyinatlı dövlət qurumlarında işləyə bilərlər.