Rəhmiyyə Ramiz qızı İbrahimova

QISA BİOQRAFİK MƏLUMAT:
25 sentyabr 1982-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Evlidir.
Telefon: 055 284 01 47
E-mail: Rahmiyya ibrahimova @gdu.edu.az
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:
1989-cü ildə 7 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 1999-ci ildə həmin məktəbi bitirmişdir.
2000-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “İqtisadi biliklər” ixtisasının bakalavr pilləsinə daxil olub, 2004-cu ildə həmin ixtisası bitirmişdir.
2004-ci ildə Gəncə Dövlət Universitetinin Magistraturasının “İqtisadi nəzəriyyə” ixtisasının magistr pilləsinə daxil olub, 2007-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib.
2012 ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu ixtisası üzrə doktorantura pilləsinə qəbul olunmuşdur.
Hal-hazırda müdafiə ərəfəsindədir.
ƏMƏK FƏALİYYƏTİ:
2008-ci ildən Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin İdarəetmə kafedrasında müəllim, 2013-cü ildən baş müəllim vəzifəsində çalışır.
ELMİ ƏSƏRLƏRİ:
60-dan çox elmi məqalə və konfrans materialının müəllifidir.
BEYNALXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
Beynəlxalq və yerli konfranslarda iştirak etmişdir.
TƏLTİFLƏRİ:
04.10.2022-ci il tarixində “Maliyyə Savadlılığı” mövzuları üzrə vebinarlarda iştirak etmişdir və Mərkəzi Bank tərəfindən sertifikatla təltif olunmuşdur.
8 Mart “Beynəlxalq Qadınlar bayramı” münasibətilə Gəncə Dövlət Universitetinin rektorunun 03.03.2022-cü il 2/28 əmri ilə “Fəxri Fərman” ilə təltif olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfransda “Ən yaxşı təqdimat” nominasiyası üzrə fəal iştiraka görə 2022-ci il Gəncə Dövlət Universitetinin rektorunun əmri ilə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
TƏDQİQAT SAHƏSİ:
“Azərbaycanın xarici iqtisadi əlaqələrinin təhlili və səmərəliliyinin yüksəldilməsi istiqamətləri” (dissertasiya işi)
DİL BİLGİSİ: Azərbaycan, ingilis, rus
PARTİYALILIĞI: 2000-ci ildən YAP üzvüdür.
