Şahin Nadir oğlu Xurşudov

QISA BİOQRAFİK MƏLUMAT:
2 sentyabr 1970-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Ailəlidir.
Telefon: (055) 932 00 60
E-mail: xursudovsahin18@gmail.com
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:
1987-ci ildə həmin kənddəki orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Həmin ildə Azərbaycan Texnologiya İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti) daxil olmuş və 1992-ci ildə oranı Lenin təqaüdü və fərqlənmə diploma ilə bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ:
Həmin ildən Elmi Şuranın qərarı ilə Azərbaycan Texnologiya Universitetində laborant vəzifəsində çalışmışdır.
1994-2000-ci illərdə Gəncə Elm-Təhsil Mərkəzinin Yeyinti Sənaye İnstitunda dekan müavini, kafedra müdiri vəzifələrində işləmişdir.
1998-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitunda “Aqrar-sənaye kompleksinin iqtisadi səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru üzrə elmi dərəcəsi almışdır.
2001-2007-ci illərdə Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent əvəzi və dosent vəzifələrində çalışmışdır.
2007-ci ildən Gəncə Dövlət Universitetində dekan müavini, “Təcrübə və karyera” şöbəsinin müdiri və 2013-cü ildə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
2013-cü ildən ADAU-nun “Aqrobiznesin təşkili və idarəedilməsi” kafedrasının doktorantıdır.
“Aqrobiznesin idarə edilməsinin təkmilləşdirilməsi problemləri” mövzusu üzərində doktorluq dissertasiyasını yerinə yetirməyə çalışır.
ELMİ ƏSƏRLƏRİ:
83 elmi məqalə, 2 dərslik və 1 dərs vəsaiti müəllifidir.
BEYNALXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
2014-cü ildə Türkiyə və Orta Doğu Amme idarəsi Enstütüsü tərəfindən “Yüksek öğretim yönetimi” seminarında iştirak etmiş və sertifikat almışdır.
TƏLTİFLƏRİ:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 oktyabr tarixli 634 №-li sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunmuşdur.
DİL BİLGİSİ: Rus dili -əla, ingilis dili-yaxşı səviyyədə.
PARTİYALILIĞI : 1998-ci ildən YAP üzvüdür.
