12 fevral 2026-cı il
“İqtisadiyyat və idarəetmə” fakültəsində 12 fevral 2026-cı il tarixdə Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasda fakültənin 2025/2026-cı tədris ilinin qış imtahan sessiyalarının yekunları və fakültənin qarşısında duran vəzifələr, “Turizm işinin təşkili” ixtisası IV kurs tələbələrinin buraxılış işlərinin icra vəziyyəti, cari tədris ilinin qış imtahan sessiyasında yaranmış akademik borcların və kreditlərin ödənilməsinin təşkili, müsabiqə yolu ilə professor-müəllim heyətinin seçkisi, 2025/2026-cı tədris ilinin ikinci yarısı üçün təqaüdə düşən namizədlərin verilməsi, qarşıda duran prioritet məsələlər və inkişaf istiqamətləri müzakirə olunmuşdur.
Elmi Şura çərçivəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nəşrlərin artırılması, müəllim və tələbələrin elmi fəaliyyətə cəlb olunması, eləcə də 2025/2026-cı tədris ili üzrə planlaşdırılan tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Elmi Şura fakültədə elmi mühitin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi və təhsil-elm inteqrasiyasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
