Rəhmiyyə Ramiz qızı İbrahimova

QISA BİOQRAFİK MƏLUMAT:

25 sentyabr 1982-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Evlidir.

Telefon: 055 284  01 47                                                

E-mail: Rahmiyya ibrahimova @gdu.edu.az

TƏHSİLİ, ELMİ  DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:

1989-cü ildə 7 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 1999-ci ildə həmin məktəbi bitirmişdir.

2000-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “İqtisadi biliklər” ixtisasının bakalavr pilləsinə  daxil olub, 2004-cu ildə həmin ixtisası   bitirmişdir.

2004-ci ildə Gəncə Dövlət Universitetinin Magistraturasının “İqtisadi nəzəriyyə” ixtisasının magistr  pilləsinə  daxil olub, 2007-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib.

2012 ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu ixtisası üzrə doktorantura pilləsinə qəbul olunmuşdur.

Hal-hazırda müdafiə ərəfəsindədir.

ƏMƏK  FƏALİYYƏTİ:

2008-ci ildən Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin İdarəetmə kafedrasında müəllim, 2013-cü ildən baş müəllim vəzifəsində çalışır.

ELMİ ƏSƏRLƏRİ:

60-dan çox  elmi  məqalə və konfrans materialının müəllifidir.

BEYNALXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:

Beynəlxalq və yerli konfranslarda iştirak etmişdir.

TƏLTİFLƏRİ:

04.10.2022-ci il tarixində “Maliyyə Savadlılığı” mövzuları üzrə vebinarlarda iştirak etmişdir və Mərkəzi Bank tərəfindən sertifikatla təltif olunmuşdur.

8 Mart “Beynəlxalq Qadınlar bayramı” münasibətilə Gəncə Dövlət Universitetinin rektorunun 03.03.2022-cü il 2/28 əmri ilə “Fəxri Fərman” ilə təltif olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfransda “Ən yaxşı təqdimat” nominasiyası üzrə fəal iştiraka görə 2022-ci il Gəncə Dövlət Universitetinin rektorunun əmri ilə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

TƏDQİQAT SAHƏSİ:

“Azərbaycanın xarici iqtisadi əlaqələrinin təhlili və  səmərəliliyinin yüksəldilməsi istiqamətləri” (dissertasiya işi)

DİL BİLGİSİ:      Azərbaycan, ingilis, rus 

PARTİYALILIĞI:  2000-ci ildən YAP üzvüdür.