Kateqoriya Arxivləri: Fakültə haqqında

GDU-da YENİ KOMPÜTER LABORATORİYALARI VƏ “ZERODAY” KLUBU İSTİFADƏYƏ VERİLDİ

Gəncə Dövlət Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir rəqəmsal çağırışlara uyğunlaşdırılması istiqamətində növbəti uğurlu addım atılıb. Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinin nəzdində İnformatika və cəbr kafedrasının  professoru Mehriban Həsənovanın rəhbərliyi ilə yaradılmış ən son texnoloji avadanlıqlarla təchiz olunmuş “ZeroDay” İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Klubunun təntənəli açılışı olub. Tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor, […]

Davamı

Gəncə Dövlət Universitetində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib

Gəncə Dövlət Universitetində  20 Sentyabr – Dövlət Suverenliyi Günü və 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunan  tədbir  keçirilib.     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 2023-cü […]

Davamı

Fakültəmizdə 15 Sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd olundu

Yeni tədris ilinin başlaması münasibətilə fakültəmizdə 15 Sentyabr – Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Məsim Abadov tələbələri və müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edib, xüsusilə ali məktəb həyatına qədəm qoyan birinci kurs tələbələrinə uğurlar arzulayıb. Daha sonra Tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov […]

Davamı

🎓 Yeni tədris ili münasibətilə təbrik edirik!

Hörmətli professor-müəllim heyəti, əziz tələbələr və əməkdaşlar! Yeni tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirik! Yeni tədris ili yeni biliklər, yeni məqsədlər, uğurlar və gözəl başlanğıclar deməkdir. Qarşıdakı tədris ilinin hər bir tələbəmiz üçün zəngin bilik və maraqlı təcrübələrlə, müəllimlərimiz üçün isə yeni nailiyyətlər və uğurlu nəticələrlə yadda qalmasını arzulayırıq. İnanırıq ki, birlikdə […]

Davamı

Tələbəmizdən növbəti beynəlxalq elmi uğur: GDU TEC sədr müavini Rəhman Abdullayevin elmi məqaləsi beynəlxalq konfrans kitabında nəşr olunub

Gəncə Dövlət Universitetinin (GDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi işlər üzrə sədr müavini, İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi Rəhman Abdullayev növbəti uğura imza atıb. Yay mövsümü ərzində elmi-tədqiqat fəaliyyətini fasiləsiz davam etdirərək öz üzərində əzmlə çalışan tələbəmizin elmi məqaləsi “Azerbaijan 4th International Congress of Scientific Research” (Azərbaycan 4-cü Beynəlxalq Elmi […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ

Gələcək karyerasını dövlət qulluğunda, rəqəmsal marketinq və SMM sahəsində, turizm sektorunda, maliyyə-mühasibat və idarəetmə sistemində uğurla qurmaq istəyən hər bir gənci Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsini seçməyə dəvət edirik. Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi 27 iyul 2007-ci il tarixində fəaliyyətə başlamışdır. Yaranmasından bəri keçən dövr ərzində fakültə bakalavriat səviyyəsinin yüksəldilməsi üzrə […]

Davamı

Tələbəmizin növbəti Beynəlxalq Elmi Uğuru: Tələbə Elmi Cəmiyyətinin Sədr Müavininin məqaləsi nüfuzlu İndeks Bazalarına daxil edilib

Fakültəmizin “İqtisadiyyat” ixtisası üzrə II kurs tələbəsi, eyni zamanda universitete bağlı Tələbə Elmi Cəmiyyətinin (TEC) Elmi işlər üzrə sədr müavini Rəhman Abdullayev elmi-tədqiqat fəaliyyətində növbəti mühüm uğura imza atmışdır. Gənc tədqiqatçının müasir dövrün ən aktual mövzularından birinə həsr olunmuş “Rəqəmsal iqtisadiyyatın Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına təsiri” mövzusunda aparılmış hərtərəfli elmi tədqiqat işi və […]

Davamı

Gəncə Dövlət Universitetində ikili diplom proqramı üzrə təhsil imkanları genişlənir

Gəncə Dövlət Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və tələbələr üçün müasir təhsil imkanlarının yaradılması istiqamətində mühüm addımlar atmaqda davam edir. Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı əsasında İzmir Dokuz Eylül Universiteti ilə bağlanmış ikitərəfli müqaviləyə uyğun olaraq universitetdə ikili diplom proqramları çərçivəsində mütəxəssis hazırlığı həyata keçirilir. […]

Davamı

“Menecment və turizm işi” kafedrasının növbəti iclası keçirilmişdir.

14 İyul 2026-ci il tarixdə saat 11:00-da “Menecment və turizm işi” kafedrasının iclası keçirilmişdir. İclası giriş sözü ilə açan kafedra müdiri dosent Əli Allahverdiyev gündəlikdə duran məsələləri diqqətə çatdırmış və 2025-2026-cı tədris ilinin yekunları ilə bağlı qarşıda duran mühüm vəzifələri qeyd etmişdir. İclasın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir: Müzakirə olunan məsələlər: 1. Kafedranın illik […]

Davamı

Fakültə əməkdaşlarımız Beynəlxalq Konfranslarda universiteti uğurla təmsil ediblər

Fakültəmizin professor-müəllim heyəti ölkənin nüfuzlu ali təhsil müəssisələrində təşkil olunan beynəlxalq miqyaslı elmi-praktik konfranslarda aktiv iştirak edərək respublikamızın elmi mühitinə öz töhfələrini verməkdə davam edirlər. 15-16 may 2026-cı il tarixlərində Lənkəran Dövlət Universitetində “Azərbaycan və Türk dövlətləri birliyi: Orta Asiya ilə Qərb arasında strateji körpü və Tramp dəhlizinin geosiyasi əhəmiyyəti” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir. […]

Davamı