Kateqoriya Arxivləri: Fakültə haqqında

Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş tədbir keçirilib.

Fakültəmizdə Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş konfrans keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “WUF 13– regionda sülh,bərpa və inkişafın təcəssümü” mövzusunda çıxış edərək bildirib ki, WUF13-ün Bakıda keçirilməsi ölkəmizin urbanizasiya proseslərinə sistemli yanaşmasının, ekoloji davamlılıq və sosial inklüzivlik prinsiplərinə əsaslanan şəhərsalma siyasətinin beynəlxalq müzakirə predmetinə çevrilməsi baxımından xüsusi […]

Davamı

Fakültəmizin Tələbəsi “SciNext 2026” Respublika Elmi Konfransında Sertifikatla Təltif Olunub

İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisasının II kurs tələbəsi, GDU TEC Elmi İşlər üzrə Sədr Müavini Abdullayev Rəhman Qalib oğlu Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan Magistrantların və Gənc Tədqiqatçıların “SciNext 2026” Respublika Elmi Konfransında uğurla iştirak edərək sertifikata layiq görülmüşdür. Konfrans çərçivəsində tələbəmiz müasir iqtisadi proseslərin təhlili və elmi yeniliklərlə bağlı aktual mövzuda […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsində bahar təravəti: “Novruz gəlir, yaz gəlir” şənliyi

Baharın müjdəçisi olan Novruz fakültəmizə qədəm qoydu! Bu gün keçirilən “Novruz gəlir, yaz gəlir” adlı tədbirimiz əsl el şənliyinə çevrildi. Şənlikdə GDU-nun AHİK sədri Afaq Qasımova, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşı Elnur Rzayev və fakültə heyəti iştirak ediblər. Şənlik dövlət himnimizin səslənməsi ilə başlandı. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna hörmət əlaməti […]

Davamı

8 MART: zəriflik və gücün bayramı fakültəmizdə qeyd olundu

Baharın gəlişi ilə təbiətin oyandığı bu gözəl günlərdə təqvimlər ən nəzakətli bayramlardan birini — 8 Mart Beynəlxalq Qadınlar Gününü göstərir. Bu gün sadəcə təqvim günü deyil, həm də cəmiyyətimizin sütunu olan qadınlarımıza olan hörmət və ehtiramın ifadəsidir. Bu özəl gün münasibətilə fakültəmizdə olduqca səmimi və rəngarəng anlar yaşanıb. Fakültənin fəal tələbələri bu günü dərslərlə yanaşı, […]

Davamı

TƏLƏBƏLƏRİMİZ İDMAN MEYDANINDA: “5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir

“5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibətilə universitetdə genişmiqyaslı tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş fakültələrarası spartakiadanın bağlanış mərasiminə həsr olunub.Tədbirdə spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların yekun nəticələri təqdim olunub. Yarışlarda fərqlənərək mükafata layiq yerlər qazanan idmançılar universitetin İdman Klubu tərəfindən fəxri fərman və medallarla təltif […]

Davamı

FUTBOLÇULARIMIZDAN BÖYÜK UĞUR: tələbələrimiz fakültələrarası futbol yarışında II yerə sahib oldular!

Universitetimizdə keçirilən fakültələrarası futbol çempionatı maraqlı anlar və gərgin mübarizə ilə yadda qaldı. Həftələrlə davam edən maraqlı oyunlar silsiləsində fakültəmizi təmsil edən futbol komandası turnirin ən diqqətçəkən və intizamlı kollektivlərindən biri olduğunu sübut etdi. Komandanın daxilində fakültə TGT-nin aktiv tələbələri, idarə heyətinin üzvləri də iştirak edirdi. Turnir boyu qrup mərhələlərini uğurla keçən komandamızın əsl sınağı […]

Davamı

FAKÜLTƏMİZİN QÜRURU: GDU-NUN ƏN GƏNC İQTİSADÇI ALİMİ

Xədicə Fizuli qızı Məmmədova – 1986-cı ildə Gəncə şəhərində anadan olub. İsmət Qayıbov adına 1 saylı orta məktəbin rus bölməsini bitirib, Azərbaycan Texnologiya Universitetinə qəbul olub, iqtisadiyyat üzrə təhsil alaraq Fəqlənmə Diplomu ilə bitirib. Daha sonra həmin universitetin magistratura pilləsinə qəbul olub və Fərqlənmə Diplomu ilə bitirərək, təhsilini davam etdirmək üçün doktoranturaya qəbul olub. 2017-ci […]

Davamı

GƏNC ƏMƏKDAŞLAR VƏ TƏLƏBƏLƏR TƏLTİF EDİLDİ

“İqtisadiyyat və idarəetmə” fakültəsində gənc müəllim, tələbə və əməkdaşların akademik, elmi və ictimai fəaliyyətlərinin stimullaşdırılması məqsədilə dekan dosent Məsim Abadov tərəfindən sertifikatla təltifetmə mərasimi həyata keçirilmişdir. Təltif olunma, gənclərin təhsil prosesində göstərdikləri fəallıq, təşəbbüskarlıq və əldə etdikləri nailiyyətlərin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Dekan tərəfindən təqdim edilən sertifikatlar gənc müəllimlərin tədris prosesindəki məsuliyyətli yanaşmasını, tələbələrin elmi-tədqiqat […]

Davamı

ELMİ NAİLİYYƏT: FAKÜLTƏMİZİN CAVAN MÜƏLLİMİ FƏLƏSƏFƏ DOKTORU ADINI ALIB

“Mencement və turizm işi” kafedrasının müəllimi Məhərrəm Ramiz oğlu Babayev elmi uğur əldə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən o, iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Uzunmüddətli elmi araşdırmalar, məsuliyyətli akademik fəaliyyət və ardıcıl zəhmətin nəticəsi olan bu uğur həm müəllimimizin şəxsi nailiyyəti, həm də fakültəmizin elmi potensialının […]

Davamı