İqtisadiyyat və idarəetmə fakültəsində empirik təhlillərə əsaslanan elmi seminar keçirilib
“İqtisadiyyat” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Kənan Rəhimovun “Azərbaycanda emal sənayesinin inkişaf dinamikası və dövlət investisiyalarının təsiri: empirik təhlil (2005–2024)” mövzusunda elmi-nəzəri seminarı baş tutmuşdur. Seminarda fakültə rəhbərliyi, kafedra müdürləri, müəllim və tələbə heyəti iştirak etmişlər. Seminarda Azərbaycanın emal sənayesinin inkişaf dinamikası, dövlət investisiyalarının sənaye istehsalına təsiri və bu təsirin ekonometrik üsullarla qiymətləndirilməsi […]










