Kateqoriya Arxivləri: Fakültə haqqında

Scopus-da elmi uğura doğru: məqalə yazılışı və nəşr prosesi üzrə seminar

“İqtisadiyyat və idarəetmə” fakültəsində növbəti elmi-nəzəri seminarın keçirilməsi planlaşdırılır. Seminarın əsas hədəfi müasir elmi standartlara cavab verən tədqiqat işlərinin hazırlanması və beynəlxalq səviyyəli jurnallarda işıqlandırılmasıdır. Müasir elmin inkişaf templəri tədqiqatçılardan təkcə yerli deyil, həm də beynəlxalq nüfuzlu bazalarda tanınmağı tələb edir. Bu baxımdan, dünyanın ən böyük annotasiya və istinad bazası olan Scopus, alimlər üçün əsas […]

Davamı

“Qeyri-neft sektorunun dayanıqlığı”: İqtisadiyyat və idarəetmə fakültəsində elmi konfrans keçiriləcək

Tələbə Elmi Cəmiyyəti (TEC) ilə İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə “Qeyri-neft sektorunun dayanıqlığı: Müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Müasir dövrdə ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun rəqabətqabiliyyətliliyinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə təşkil olunan konfrans gənc tədqiqatçıların, tələbə və magistrantların elmi potensialını üzə çıxarmaq, onlarda təhlil […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

30 aprel 2026-cı il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şura üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib. Fakültə dekanlığının və kafedra müdirlərinin iştirak etdiyi iclasda tədris prosesinin cari vəziyyəti və qarşıda duran mühüm məsələlər ətraflı müzakirə olunub. İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə buraxılış kurslarında yaz imtahan sessiyasına hazırlığın vəziyyəti və mart ayında keçirilmiş kollokviumların […]

Davamı

“İdarəetmə” kafedrasının növbəti iclası keçirildi

“İdarəetmə” kafedrasının növbəti iclasında tədrisin keyfiyyətinin yüksəldilməsi və qarşıdan gələn imtahan sessiyasına hazırlıq məsələləri diqqət mərkəzində olub. Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “İdarəetmə” kafedrasının növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlər aprel ayı ərzində təşkil olunmuş açıq dərslərin təhlili və tədris prosesinin cari vəziyyətinin qiymətləndirilməsi olub. Açıq Dərslər Təhlil Edilib: İclasda ilk […]

Davamı

Gənc tədqiqatçılar innovativ ideyalarına görə təltif edildilər

İqtisadiyyat və İdarəetmə fakültəsində tələbələrin elmi-tədqiqat fəaliyyətini stimullaşdırmaq və müasir texnoloji trendləri təhlil etmək məqsədilə Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti üzrə “Gənclərin ideyası: rəqəmsal gələcəyin əsası” mövzusunda dəyirmi masa təşkil olunmuşdur (22 aprel). Tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, müasir idarəetmədə texnoloji yeniliklərin rolu və gənclərin innovativ startap layihələri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı […]

Davamı

Tələbələr üçün “Sahibkarlıq fəaliyyətində kiçik və orta müəssisələr” mövzusunda açıq dərs keçirilib

İqtisadiyyat və idarəetmə fakültəsində “İdarəetmə” kafedrasının müəllimi Xaliq Quliyev tərəfindən “Sahibkarlığın əsasları və biznesə giriş” fənni üzrə “Biznesin idarə edilməsi” ixtisası (III kurs) tələbələrinə “Sahibkarlıq fəaliyyətində kiçik və orta müəssisələr” mövzusunda maraqlı bir açıq dərs keçirilmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, “İdarəetmə” kafedrasının müdiri dosent Afəddin Həmidov, kafedranın müəllimləri – Kamil Cəfərov, Aysu Paşayeva, […]

Davamı

Kafedranın növbəti iclası: Professor vəzifəsinə namizədliyin müzakirəsi

İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasında növbəti iclas keçirilib. İclasın gündəliyində duran əsas məsələ kafedrada boş olan professor vəzifəsinin tutulması ilə bağlı daxil olan müraciətin müzakirəsi olub. Müzakirələr “Azərbaycan müəllimi” qəzetinin 19 mart 2026-cı il tarixli №11 (9166) sayında dərc olunmuş rəsmi elana əsasən aparılıb. Sözügedən vəzifəni tutmaq üçün kafedranın iqtisad elmləri doktoru, dosent Məmmədova […]

Davamı

Tələbəmizdən strateji innovasiya: Cahid Məmişzadə və “AELSA” Layihəsi

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi təkcə akademik nailiyyətləri ilə deyil, həm də innovativ ideyalara sahib olan yaradıcı gəncləri ilə diqqət mərkəzindədir. Fakültənin 2-ci kurs tələbəsi, öz aktivliyi və təşkilatçılıq qabiliyyəti ilə seçilən Cahid Məmişzadənin rəhbərliyi altında hazırlanan “AELSA” start-up layihəsi ölkəmizin müdafiə və fövqəladə hallar sahəsinə yeni bir baxış bucağı gətirir. Cahid Məmişzadə […]

Davamı

Tələbələr gələcək tədris planlarını müəyyən edirlər: Seçmə Fənlərin qeydiyyatı tamamlandı

Tələbələrin iştirakı ilə növbəti tədris ili üçün seçmə fənlərin müəyyənləşdirilməsi prosesi keçirilib. Fakültəmizdə tədrisin keyfiyyətinin artırılması və tələbəyönümlü təhsil mühitinin inkişaf etdirilməsi məqsədilə 20-23 aprel tarixlərində növbəti tədris ili üçün seçmə fənlərin müəyyənləşdirilməsi prosesi həyata keçirilib. Proses zamanı tələbələrə təklif olunan fənlərin məzmunu, onların gələcək karyera imkanlarına təsiri və ixtisas biliklərinin dərinləşməsindəki rolu barədə ətraflı […]

Davamı

İqtisadçı-intellektual yarışı çərçivəsində Eko-turizm klubunun üzvləri mükafatlandırılıb.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsində keçirilən “İqtisadçı-intellektual bilik yarışı” uğurla yekunlaşıb. Tədbirin yüksək səviyyədə təşkil olunmasında və keçirilməsində fakültənin fəal gəncləri xüsusi rolu ilə seçiliblər. Yarışın təşkilati işlərində, həmçinin tələbələrin asudə vaxtının səmərəli təşkili və ekoloji maarifləndirmə istiqamətində göstərdiyi xüsusi fəallığa görə “Eko-klub” Tələbə Təşkilatının nəzdində fəaliyyət göstərən Eko-turizm klubunun üzvləri […]

Davamı