“VƏTƏNİMİZİ TANIYAQ”

Mənim vətənim Azərbaycandır. Bu məmləkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çox əsrlik tarixini vərəqləyək.

Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda Respublikamızda yaşı bir neçə min il olan Azığ mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər vermişdir. Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir. Vətənimizi daha yaxşı tanımaq üçün “Vətənizi tanıyaq” lahiyəsi həyata keçirilir.

Bu lahiyəyə İqtisadiyyat və idarəetmə fakültəsi də qoşuldu. Tələbələr fakültə dekanı , dekan müavini və Menecment və turizm işi kafedrasının dəstəyi iə Gəncənin ən məhşur yerləri olan Cavadxan məğbərəsinə, Şah Abbas məscidinə və Gəncə Dövlət filarmoniyasına getdilər.

Turizm bələdçiliyi III kurs tələbəsi Bədəlova Günay həmin abidələr haqqında məlumatlar verdi. Həmin məlumatlara müəllimlərdən Məsim Abadov, Günel Məmmədli, axund Hacı Anar öz əlavələrini edərək ekskursiyanı daha da zənginləşdirdilər.