15 oktyabr 2025-ci il tarixində İdarəetmə kafedrasının müəllimi Kubra Cəfərovanın Turizm işinin təşkili ixtisası III kurs tələbələrinə ” İdarəetmə uçotu və korporativ qərarların vetilməsi “mövzusunda açıq dərsi keçirildi.
“Korporativ idarəetmə və onun nəzəri əsasları” mövzusu müasir iqtisadi münasibətlər sistemində mühüm əhəmiyyət daşıyır. Mövzu çərçivəsində araşdırılan nəzəriyyələr — agentlik, maraqlı tərəflər və resurs asılılığı kimi yanaşmalar, tarixi inkişafında bəhs edilib.
Mövzu həm akademik, həm də praktik baxımdan aktuallığını qoruyur və tələbələrə strateji düşüncə, məsuliyyətli qərarvermə və idarəetmə bacarıqlarının formalaşdırılmasında ciddi töhfə verir.
Dərsdə dekan Məsim Abadov, kafedra müdiri, dosent Afəddin Həmidov və kafedranın müəllimləri iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.






