16 0ktyabr 2025-ci il tarixində İdarəetmə kafedrasının müəllimi Quliyeva Könül Nizami qızının Biznesin idarə edilməsi və Dövlət və bələdiyyə idarəetməsi II kurs tələbələrinə Statistika fənnindən “Dinamika sıraları” mövzusunda açıq dərsi keçirilmişdir.
Dinamika sıraları XX əsrin 20-ci illərindən etibatən inkişaf etməyə başlamışdır, çünki o dövrdən etibarən ölkələrdə iqtisadi inkişaf daha sürətlə getməyə başlamışdı. Dinamika sıraları dedikdə, sosial-iqtisadi hadisələri vaxta və zamana görə xronoloji ardıcıllıqla göstərilməsi başa düşülür. Dinamika sıraları əsas 2 elementdən yəni, məlumatların əldə olunması dövründən (ay, il, gün və s.) və bu dövrlərdə qeyd edilən göstəricilərdən ibarətdir.
Dərsdə Fakültə dekanı dosent Məsim Abadov, kafedra müdiri dosent Afəddin Həmidov və kafedra müəllimləri iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.



