Müəllif Arxivləri: Könül Əlizadə

Dövlət imtahanlarına start

23-24 iyun 2022-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində İqtisadiyyat, Mühasibat uçotu və audit, Maliyyə,Menecment, Marketing ixtisaslarında Dövlət imtahanı keçirildi. İmtahanda Dövlət Attestasiya komissiyasının sədrləri Azərbaycan Texnologiya Universitetinin dosenti Nuşabə Hacıyeva və Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Vaqif Ramazanov iştirak etdilər.

Davamı

Təcrübəçi tələbələrə sertifikatlar təqdim olunmuşdur

20.06.2022-ci il tarixindən Vətəndaşlara xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Gəncə regional Asan xidmət mərkəzində İqtisadiyyat və idarəetmə fakültəsinin təcrübəçi tələbələri ilə müəssisənin direktoru Turqut Mustafazadə ilə görüşü keçirilmişdir. Tədbirdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və Asan xidmət mərkəzinin əməkdaşları iştirak  edirdilər. Azərbaycan Respublikasının Nazirlər kabinetinin 19 sentyabr 2008-ci il tarixli […]

Davamı

Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun […]

Davamı

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 99 İLLİYİNƏ VƏ MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar. Sonra ali təhsil ocağının V tədris korpusuna […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2021-2022-Cİ TƏDRİS İLİNİN YAZ İMTAHANLARI BAŞLAYIB

01 iyun 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində təhsilin hər iki səviyyələrində əyani təhsil forması üzrə ixtisaslarda yaz imtahan sessiyası başlayıb. İmtahanlar yazılı, test formasında kecirilir. Yazılı imtahanlar üçün 60, test imtahanları üçün isə 300-500 sual hazırlanıb. Test suallarının cavabları “A” variantında əvvəlcədən tələbələrə paylanılıb. Bütün tələbələrə zehin açıqlığı və uğurlar!

Davamı

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

Yüz dörd il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il […]

Davamı

20 may 2022-ci il tarixində “İqtisadiyyat” kafedrasının növbəti iclası oldu.

     GÜNDƏLİK  MƏSƏLƏLƏR 1. 2021-2022-ci tədris ilinin yaz yoxlama imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi ilə əlaqədar 15 aprel 2022-cı il tarixli 5/112 saylı əmri ilə əlaqədar kafedra qarşısında duran vəzifələr. 2. “Azərbaycan müəllimi” qəzetinin 08 aprel 2022-ci il tarixli 13 (8971) saylı nömrəsində dərc olunmuş elana əsasən kafedrada boş olan baş müəllim yerlərinə tutmaq […]

Davamı

İlkin Müdafiə

17 may 2022-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasında magistr dissertasiyalarının ilkin müdafiəsi oldu. Müdafiədə magistratura şöbəsinin müdiri dosent E.Yaqubov, kafedra müdiri dosent Z.Əhmədov və rəhbərlər iştirak etdi.

Davamı