
1804-cü il yanvar ayının 4-də çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olmuş Gəncənin sonuncu hakimi Cavad xanın anım günü qeyd edilmişdir.
Cavad xanın məqbərəsi önünə toplaşan yüzlərlə gəncəli Azərbaycanın şanlı qəhrəmanlıq tarixində vüsusi yeri olan xalq qəhrəmanının xatirəsini ehtiramla yad etmiş, qəbri üzərinə tər qərənfillər düzmüşlər.
Çıxış edənlər Cavad Xanın oğlu Hüseynqulu ilə birgə rus ordusuna qarşı qeyri- bərabər döyüşdə şəhid olmasını əsl vətən, torpaq sevgisindən irəli gəldiyini vurğulamış, onun əməllərinin gənc nəslə örnək olduğunu qeyd etmişlər.