Aylıq Arxiv: Fevral 2025

Gəncə regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarının tələbələrlə görüşü

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə Gəncə Dövlət Universitetinin 4-cü korpusunda Könüllü ol layihəsi həyata keçirildi. Layihə çərcivəsində universitetdə təhsil alan tələbələrə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər haqqında ətraflı məlumat verildi. Sonda tələbələrin sualları cavablandırıldı. “ASAN xidmət” mərkəzlərində könüllü olmaq istəyən tələbələrin qeydiyyatı aparıldı.

Davamı

Elmi-nəzəıri seminar

İqtisadiyyat kafedrasının müdiri, dosent Əhmədov Zakir Talıb oğlunun ” AQRAR SAHƏNİN MƏQSƏDLİ    İNVESTİSYALAŞDIRILMASININ  ƏRZAQ TƏMİNATININ YAXŞILAŞDIRILMASINA TƏSİRİ” mövzusunda elmi-nəzəri seminarı oldu. Mövzuda Dövlətin investisiya qurumlarının strukturları, ,Heyvandarlıq məhsulları istehsalının mövcud vəziyyəti,Tibbi norma ilə müqaisəli əhalinin istehlakının dinamikası və sair məsələlər öz geniş izahını tapmışdır. Elmi-nəzəri seminarda fakültənin professor-müəllim heyəti iştirak etdi.

Davamı

Elmi Şura

              27    fevral 2025-ci  il tarixdə saat 11-00 İqtisadiyyat və idarəetmə fakültəsi Elmi Şurasının iclası oldu. GÜNDƏLİK  MƏSƏLƏLƏR 1. 2024/2025-ci tədris ilinin  qış imtahan sessiyalarının yekunları və       fakültənin qarşısında duran vəzifələr                2.    Turizm işinin təşkili ixtisası VI kurs tələbələrinin buraxılış işlərinin  icra vəziyyəti barəsində                               3.Cari tədris ilinin qış imtahan sessiyasında yaranmış akademik  borcların […]

Davamı

Açıq dərs

27 fevral 2025-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində Riyaziyyat-informatika fakültəsinin Riyazi analiz kafedrasının müəllimi Aysel Ağazadənin İqtisadiyyat ixtisası I kurs tələbələrinə ” Matrislər və onların üzərində əməllər” mövzusunda açıq seminar dərsi keçirildi. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, Riyazi analiz kafedrasının müdiri. professor Orucəli Rzayev,professor Zəfər Abbasov. Nazir İsmayılov və Bahar Vəliyeva iştirak etdilər. […]

Davamı

26 fevral- Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər […]

Davamı

Synergia academy- “təlimdən karyeraya”

25 fevral 2025-ci il tarixində “Synergia Academy” əməkdaşları İqtisadiyyat və idarəetmə fakültəsinin qonaqları olmuş və fakültədə tələbələrlə görüş keçirmişlər. Synergia Academy “Təlimdəm karyeraya” lahiyəsi çərçivəsində gənclərin peşəkar bilik və bacarıqlarını artıraraq, onların gələcəkdə turizm sahəsində karyera imkanlarının genişləndirilməsini təmin edir, layihə “Synergia academy”-nin tərəfdaşı olan “Tabia Group”-a daxil hotellərin, yerləşdiyi regionlara bağlı gənclərin həmin ərazılərə […]

Davamı

Su çərşənbəsi – yazın ilk müjdəsi

Novruz adətlərimizə görə, bu gün təzə ilimizin “Su çərşənbəsi”dir. Baharın ilk xəbərçisi olan bu çərşənbə suya tapınma inancı ilə bağlıdır. Kiçik çillə çıxandan sonra boz ayda ilk olaraq bu günü qeyd edirik. Evlərdə aş bişirilir, kəndlərdə su üstündən atlanılır, su adamların azar-bezarını aparır. Bu gün xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” […]

Davamı

Açıq dərs

25 fevral 2025-ci il tarixində Menecment və turizm işi kafedrasının müəllimi Həsənova Nərmin Xaspolad qızının “Reklam işi” fənnindən Marketinq ixtisası III kurs tələbələrinə Reklamın sosial-psixoloji əsasları mövzusunda açıq dərsi oldu. Dərsdə kafedra müdiri. dosent Əli Allahverdiyev, baş müəllim Nəcəf Qurbanov və müəllim Elmira Məmmədova iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.

Davamı

Xocalı soyqırımı

24 fevral 2025-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi. Tədbirdə Universitetin Humanitar işlər üzrə prorektoru Gülsüm Fətəliyeva, fakültə dekanı Məsim Abadov, kafedra müdirləri, müəllim və tələbələr iştirak etdilər.

Davamı

21 Fevral “Beynəlxalq Ana Dili Günü”

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların […]

Davamı