20 noyabr 2025-ci il tarixində İdarəetmə kafedrasının müəllimi Aysu Paşayevanın Maliyyə, Mühasibat ixtisas III kurs tələbələrinə Sahibkarlığın əsasları fənnindən “Sahibkarlıq fəaliyyətində kiçik, orta və böyük müəssisələr” mövzusunda açıq dərsi keçirildi.
Sahibkarlıq fəaliyyətində müəssisələr mikro, kiçik, orta və böyük olmaqla qruplaşdırılır. Bu təsnifat, əsasən, işçi sayı, dövriyyə gəliri və digər iqtisadi göstəricilərə əsaslanır. Bu kateqoriyalar arasında iqtisadi və hüquqi əlaqələr fərqlənir və hər birinə dövlət tərəfindən fərqli dəstək mexanizmləri tətbiq olunur. Kiçik və Orta Sahibkarlıq (KOS)Mikro, kiçik və orta müəssisələr (KOBİA) üçün dəstək: Azərbaycan Respublikasında Sahibkarlığın İnkişafı Fondu (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlara müxtəlif dəstək proqramları təqdim edilir.
Dərsdə dekan, dosent Məsim Abadov, kafedra müdiri, dosent Afəddin Həmidov və müəllimlər iştirak etdilər.



