
Respublika üzrə bilik göstəricisi yüksək və aktiv tələbələr arasında seçim aparılıb. Səs çoxluğu ilə “İlin tələbəsi” adına layiq görülən gənclər müəyyən edilib.
Respublika üzrə keçirilən nüfuzlu bir səsvermədə Gəncə Dövlət Universitetini layiqincə təmsil edərək “İlin tələbəsi” adına layiq görülən İqtisadiyyat və idsrəetmə fakültəsinin IV kurs Marketing ixtisası tələbəsi Tellan Zeynalova! Böyük uğurdur. Həm yüksək təhsil göstəriciləri, həm də ictimai və media sahəsindəki fəallığı bu nailiyyətin ən bariz sübutudur. Gənclərimiz üçün əsl motivasiya mənbəyidir. Uğurların daim artsın, yolun açıq olsun!Səmimi qəlbdən təbrik edirik, Tellan Zeynalova!Həqiqətən də layiqsən.