Gənc iqtisadçıların bilik sınağı: “İqtisadçı” intellektual bilik yarışı

Fakültə rəhbərliyi, TGT, TEC, THİK-nın birgə əməkdaşlığı ilə tələbələrin iqtisadi biliklərinin artırılması, analitik düşüncə və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə “İqtisadçı” intellektual bilik yarışı təşkil olunmuşdur. Yarışın aparcısı və təşkilatçılarından olan “İdarəetmə” kafedrasının müəllimi Yusif Bayramov iştirakçılara yarışın qaydalarını izah etmişdir. Yarış zamanı iştirakçılar iqtisadiyyatın əsas anlayışları, bazar münasibətləri, maliyyə savadlılığı və aktual iqtisadi mövzular, həmçinin dünyagörüşü üzrə biliklərini nümayiş etdirmişlər.

Bilik yarışında 6 komanda iştirak etmiş, suallar tələbələr arasında böyük maraqla qarşılanmış, onların nəzəri biliklərinin möhkəmləndirilməsi və praktiki düşüncə bacarıqlarının inkişafına töhfə vermişdir.
Bu kimi intellektual tədbirlərin keçirilməsi fakültəmizdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə və tələbələrin hərtərəfli inkişafına xidmət edir.

İştirak edən komandalar:

İştirak edən komandalardan “077 teams” komandası I yer, “Nobel” komandası II yer, “Zəfər beşliyi” III yer, “Turizmçilər” komandası IV yer, “Diamond” komandası V yer, “Everest” komandası VI yer tutmuşlar.

Mükafatlandırma mərasimi yaxın günlərdə təşkil olunacaq.