07.12.2016-cı il tarixdə İdarəetmə kafedrasının müəllimi Səbuhi Ramazanovun Dövlət və bələdiyyə idarəetməsi ixtisasının II kursunda Biznesin əsasları fənnindən “Biznesdə maliyə ehtiyatları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekanı dosent Ş.N.Xurşudov, İdarəetmə kafedrasının müdiri dosent Z.Q.Abbasov, dosent Ü.Əfəndiyev, baş müəllim R.İbrahimova və başqaları iştirak etdi.Dərsin elmi təhlili 8 balla,pedaqoji təhlili 8 balla, psixoloji təhlili 7 balla və metodiki təhlili 8 balla qiymətləndirildi.Ümumilikdə dərs əla qiymətlə qiymətləndirildi.