“İQTİSADÇI-İNTELLEKTUAL BİLİK YARIŞI”

Hörmətli tələbələr, “Şəhərsalma və memarlıq ili” çərçivəsində fakültəmizdə maraqlı və rəqabət dolu bir bilik yarışı sizi gözləyir!

 Öz intellektual səviyyənizi göstərmək və fakültənin ən yaxşısı olduğunuzu sübut etmək üçün bu fürsəti qaçırmayın.

📍 Yarışma aşağıdakı üç əsas istiqaməti əhatə edəcək:

  1. Heydər Əliyev – Ulu Öndərin həyat və fəaliyyəti;
  2. Qarabağ – Tariximiz, zəfərimiz və coğrafiyamız;
  3. Azərbaycan – Ümumi tarix, mədəniyyət və iqtisadiyyat.

📅      Tarix: 18 aprel 2026-cı il

Məkan: “İqtisadiyyat və idarəetmə” fakültəsi

Hədəf kütlə: Bütün kurslar üzrə bakalavr tələbələri.

Qeyd: Yarışda iştirak etmək istəyən tələbələr qeydiyyat və əlavə məlumat üçün dekanlığa və ya tələbə təşkilatlarına müraciət edə bilərlər. (070-672-99-50)

Gəlin, biliklərimizi yarışdıraq! Sizi gözləyirik!