VERGİLƏR MÖVZUSUNDA ÜMÜMRESPUBLİKA OLİMPİYADASI

v-1 v-2

       İqtisadiyyat və İdarəetmə fakültəsinin baş müəllimi R.Abbasovun  Azərbaycan Dövlət İqtisad Universitetində   keçirilən  “X Ümumrespublika vergi olimpiadası”na dair

H e s a b a t ı.

Məlumdur ki, Gəncə Dövlət Universiteti tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi yönümdə yaxından iştirak edir.Bu məqsədlə tələbələrimiz onlarda elmi-ümumdünya görüşünün artıırlması  istiqamətində  ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə iştirak edirlər. 16 Fevral  2016-cı il tarixdə  Ümumilliderimiz H.Əliyevin ildönümünə həsr olunmuş Bakı şəhərində baş tutan  “Tələbə və magistrantların X Ümumrespublika vergi olimpiadası da bu tədbirlərdən  biri hesab olunur. Gəncə Dövlət Universitetinin  tələbələri də  bu tədbirdə yaxından iştirak etmişlər.Mən İqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimi Abbasov Rafiq Vahid oğlu tələbələrimizin  bu yarışda təmsil olunaraq iştirak etməsində rəhbər müəlim kimi birbaşa əlaqəli olmuşam.Hər il olduğu kimi ənənəvi şəkildə keçirilən bu bilik olimpiadasında universitetimizin bakalavr pilləsinin tələbələri  öz biliklərini sınamışlar. 200-ə yaxın tələbənin iştirak etdiyi bu yarışmada tələbələrimiz mümkün 100%  göstəricinin müvafiq nəticələrini əldə etmişlər.

Hüseynli Nüşabə Malik qızı.(47,27%)

Hüseynov Rahib Tofiq oğlu.(47,27%)

Səfərov Elvar Mütəllim oğlu.(42,73%)

İbrahimov Şamil Araz oğlu.(33.64%)

Namazova Fidan Hamlet qızı.(32,73%)

     Bütün bunlara  rəğmən söyləyə bilərik ki, tələbələrimizin göstəriciləri  urəkaçan deyil. Lakin bu yarışmada təmsil olunan universitetimizin tələbələri  ümüdvarıq ki, gələcəkdə müsbət nəticələr əldə edəcəklər.Bu  istiqamətdə onlarla cox ciddi şəklidə məşğul olacağam.