Kafedranın növbəti iclası: Professor vəzifəsinə namizədliyin müzakirəsi

İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasında növbəti iclas keçirilib. İclasın gündəliyində duran əsas məsələ kafedrada boş olan professor vəzifəsinin tutulması ilə bağlı daxil olan müraciətin müzakirəsi olub.

Müzakirələr “Azərbaycan müəllimi” qəzetinin 19 mart 2026-cı il tarixli №11 (9166) sayında dərc olunmuş rəsmi elana əsasən aparılıb. Sözügedən vəzifəni tutmaq üçün kafedranın iqtisad elmləri doktoru, dosent Məmmədova Xədicə Fizuli qızı ərizə ilə müraciət edib.

İclas zamanı Xədicə Məmmədovanın elmi-pedaqoji fəaliyyəti, apardığı tədqiqatlar, çap olunmuş elmi əsərləri və dərslikləri barədə geniş məlumat verilib.

İclasda çıxış edən kafedra əməkdaşları — dosent Şahin Xurşudov, baş müəllim Vəfa Quliyeva, baş müəllim Aynur Kərimova Xədicə xanımın elmi-pedaqoji fəaliyyəti haqqında öz xoş sözlərini söyləyiblər. Natiqlər onun həm bir alim, həm də bir pedaqoq kimi kafedranın inkişafındakı əvəzsiz rolundan bəhs edərək, namizədliyini ürəkdən dəstəklədiklərini bildirib və onu bu münasibətlə təbrik ediblər. Həmçinin, kafedranın digər üzvləri də namizədin iqtisad elminin inkişafındakı xidmətlərini və yüksək ixtisaslı kadrların hazırlanmasındakı rolunu xüsusi qeyd edib, onun namizədliyini yekdilliklə dəstəkləyiblər.

Müzakirənin sonunda müvafiq qərar qəbul edilib və sənədlərin növbəti mərhələ üçün Fakültə Elmi Şurasına təqdim olunması qərara alınıb.

Xədicə xanımı bu nailiyyətinə görə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!