30 aprel 2026-cı il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şura üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib. Fakültə dekanlığının və kafedra müdirlərinin iştirak etdiyi iclasda tədris prosesinin cari vəziyyəti və qarşıda duran mühüm məsələlər ətraflı müzakirə olunub.
İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə buraxılış kurslarında yaz imtahan sessiyasına hazırlığın vəziyyəti və mart ayında keçirilmiş kollokviumların nəticələri təhlil edilib. Tələbələrin akademik göstəricilərinin yüksəldilməsi və keyfiyyətli imtahan mühitinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Daha sonra IV kurs tələbələrinin akademik borclarının ödənilməsi vəziyyəti və ixtisaslar üzrə (TİT, TB) davam edən istehsalat təcrübəsinin gedişi müzakirə olunub. Bildirilib ki, tələbələrin praktiki vərdişlərə yiyələnməsi və nəzəri biliklərini təcrübədə tətbiq etmələri fakültənin əsas prioritetlərindən biridir.
İclasda həmçinin kadr potensialının gücləndirilməsi məqsədilə müsabiqə yolu ilə professor-müəllim heyətinin seçkisi keçirilib.
Gündəliyin vacib məsələlərindən biri də 2026/2027-ci tədris ili üçün seçmə fənlərin müəyyənləşdirilməsi olub. İqtisadiyyat, Mühasibat və Maliyyə ixtisasları üzrə II, III və IV kurslarda tədris olunacaq ümumi və ali məktəb tərəfindən müəyyən edilən fənn blokları üzrə təkliflər dəyərləndirilib.
Sonda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.






