Fakültəmizin professor-müəllim heyəti ölkənin nüfuzlu ali təhsil müəssisələrində təşkil olunan beynəlxalq miqyaslı elmi-praktik konfranslarda aktiv iştirak edərək respublikamızın elmi mühitinə öz töhfələrini verməkdə davam edirlər.
15-16 may 2026-cı il tarixlərində Lənkəran Dövlət Universitetində “Azərbaycan və Türk dövlətləri birliyi: Orta Asiya ilə Qərb arasında strateji körpü və Tramp dəhlizinin geosiyasi əhəmiyyəti” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir. Sözügedən mötəbər tədbirdə “İdarəetmə” kafedrasının baş müəllimi Rəhmiyyə İbrahimova iştirak etmişdir. O, konfransın bölmə iclasında “Orta Asiya-Qərb nəqliyyat dəhlizlərində Azərbaycanın iqtisadi potensialı” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanın regionda artan geoiqtisadi rolu və tranzit potensialı elmi-nəzəri əsaslarla təhlil edilmiş, iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Digər mühüm elmi uğur isə 4 iyul 2026-cı il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında baş tutmuşdur. Filialın təşkilatçılığı ilə keçirilən “Rəqəmsallaşma dövründə regional universitet modeli” adlı beynəlxalq konfransda universitetimizin nümayəndə heyəti geniş tərkibdə təmsil olunmuşdur. Konfransda “Menecment və turizm işi” kafedrasının iqtisad elmləri doktoru, professor əvəzi Mayıs Gülalıyev, “İdarəetmə” kafedrasının baş müəllimləri Səbuhi Ramazanov və Rəhmiyyə İbrahimova müştərək elmi araşdırmalarının nəticəsi olan “Regionlarda rəqəmsal transformasiya və müəssisələrin rəqabət qabiliyyətinin artırılması” mövzusunda çıxış etmişdirlər. Çıxış zamanı rəqəmsal iqtisadiyyatın regional inkişafa təsiri, müəssisələrin müasir çağırışlara uyğunlaşması və rəqabət üstünlüklərinin formalaşdırılması istiqamətində təklif və tövsiyələr diqqətə çatdırılmışdır.
Fakültə əməkdaşlarımızı beynəlxalq platformalarda nümayiş etdirdikləri yüksək elmi fəallığa görə təbrik edir, onlara gələcək akademik və pedaqoji fəaliyyətlərində yeni-yewi uğurlar arzulayırıq!



