İyulun 14-də Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib. İclasda fakültənin professor-müəllim heyəti və Şura üzvləri iştirak ediblər.
Gündəlikdə duran əsas məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib:
- Yay imtahan sessiyasının yekunları: İclasda ilk olaraq yay imtahan sessiyasının nəticələri təhlil edilib, tələbələrin müvəffəqiyyət göstəriciləri və sessiyanın təşkili forması barədə hesabat dinlənilib.
- DAK sədrlərinin hesabatları: Buraxılış işlərinin müdafiəsi və Dövlət imtahanlarının nəticələrinə dair yekun Dövlət Attestasiya Komissiyası (DAK) sədrlərinin hesabatları təqdim olunub və uğurlu nəticələr qeyd edilib.
- Fakültə dekanının illik hesabatı: İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Məsim Abadovun 2025/2026-cı tədris ili üzrə geniş hesabatı dinlənilib. Hesabat dövründə görülən işlər, əldə olunan uğurlar və qarşıda duran hədəflər diqqətə çatdırılıb.
- Yeni tədris ilinə hazırlıq: Növbəti, 2026/2027-ci tədris ili üçün dekanlığın, fakültə Elmi Şurasının və kafedraların illik iş planları ətraflı müzakirə edilərək təsdiq olunub.
- Müsabiqə və seçkilər: Gündəliyə uyğun olaraq, professor-müəllim heyətinin müsabiqə yolu ilə seçkiləri keçirilib.
İclasın sonunda cari məsələlərə baxılıb, fakültənin gələcək fəaliyyət istiqamətləri və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı təkliflər dinlənilib.



