2016/2017-ci tədris ilinin payız imtahan sessiyasında kütləvi informasiya vasitələri və valideynlər üçün “Açıq Qapı” günləri təşkil olunmuşdur.10.01.2017-ci il tarixdə təşkil olunmuş “Açıq Qapı” gününün iştirakçıları fakültəmizdə təhsil alan tələbələrin valideynləri oldular. Onlar Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın, rektorun baş müşaviri dosent Asif Cavadovun və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə imtahan otaqlarını gəzdilər.Həm valideynlər,həm də tələbələrimiz ımtahanların təşkilindən razılıq etmiş və universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.