“TƏLƏBƏ” adınız mübarək!

Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinə tələbə sıralarına qəbul olunmuş bütün tələbələrimizi səmimi qəlbdən təbrik edirik! Sizlərin hər birinə akademik fəaliyyətlərinizdə yüksək nailiyyətlər, elmi tədqiqatlarınızda uğurlar və məhsuldar tələbəlik illəri arzulayırıq. Universitetimizdə əldə edəcəyiniz bilik və bacarıqların gələcək peşəkar karyeranızda mühüm rol oynayacağına inanırıq.