Gəncə Dövlət Universitetinin (GDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi işlər üzrə sədr müavini, İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi Rəhman Abdullayev növbəti uğura imza atıb.
Yay mövsümü ərzində elmi-tədqiqat fəaliyyətini fasiləsiz davam etdirərək öz üzərində əzmlə çalışan tələbəmizin elmi məqaləsi “Azerbaijan 4th International Congress of Scientific Research” (Azərbaycan 4-cü Beynəlxalq Elmi Tədqiqatlar Konfransı) çərçivəsində qəbul edilərək beynəlxalq ISBN nömrəli Konfrans Kitabında dərc olunmuşdur.
Gəncə Dövlət Universitetinin rəhbərliyi və fakültə kollektivi tələbəmiz Rəhman Abdullayevi bu mühüm elmi nailiyyət münasibətilə samimi qəlbdən təbrik edir, ona gələcək elmi və akademik fəaliyyətində yeni-yeni uğurlar arzulayır!








