2016/2017-ci il payız semestrinin imtahan sessiyası uğurla başa çatmışdır.İmtahan sessiyasında İqtisadiyyat və idarəetmə fakültəsindən 596 nəfər tələbə iştirak edib.Fakültə üzrə imtahan sessiyasında müvəffəqiyyət göstəricisi 90.2%, keyfiyyət göstəricisi isə 14.4% olmuşdur. İmtahan sessiyasında 37 nəfər tələbə bütün fənlərdən əla qiymət almışdır ki, bu da tələbə kontingentinin 5.7%-ni təşkil edir.
Tələbələrimizə qarşıdan gələn yaz semestrində uğurlar arzu edirik.İnanırıq ki, onlar yaz semestr imtahanlarında daha yüksək nəticələr əldə edəcəklər.