İqtisadiyyat və idarəetmə fakültəsində “Xarici dildə (ingilis dili) işgüzar və akademik kommunikasiya” fənni üzrə açıq dərs keçirilib

25 noyabr 2026-cı il tarixində saat 10:15-də İqtisadiyyat və idarəetmə fakültəsində “Xarici dildə (ingilis dili) işgüzar və akademik kommunikasiya” fənni üzrə açıq dərs təşkil olunub. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, Praktik xarici dillər kafedrasının müdiri dosent Zahirə Əliyeva və tələbə heyəti iştirak etmişlər.

Praktiki məşğələ formatında keçirilən dərs baş müəllim Aytən Kərimi tərəfindən Maliyyə ixtisasının I kurs tələbələri üçün aparılıb. Məşğələdə tədris proqramına uyğun olaraq “Unit 7.4: Hong Kong” və “Unit 7.5: Look back” mövzuları ətrafında geniş müzakirələr aparılıb.

Dərs zamanı tələbələrin işgüzar və akademik ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə, yeni leksik vahidlərin mənimsənilməsinə və keçilmiş materialların təkrarlanaraq möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. İnteraktiv tapşırıqlar və praktiki dialoqlar vasitəsilə tələbələrin fəallığı təmin edilib.