18 may 2017-ci il tarixdə İqtisadiyyat və İdarəetmə fakültəsində 3 həftə davam edən Çempionatın final oyunu keçirilmişdir. Çempionatda 6 komanda iştirak etmişdir (I kurs komandaları – Biznesin idarə edilməsi, Dövlət və Bələdiyyə idarəetməsi və İqtisadiyyat 1 və II kurs komandaları – İqtisadiyyat 1, İqtisadiyyat 2 və Biznesin idarə edilməsi.) Dünya görüşü və Məntiqə aid 24 sual oynanılmış və yarışda yüksək nəticə göstərən 3 komanda Çempionatın qalibi adını qazanmışlar. Çempionatda 1-ci yeri İqtisadiyyat ixtisası II kursun 2-ci yarımqrupu 1, Dövlət və Bələdiyyə idarəetməsi ixtisası I kurs 2 və Biznesin idarəedilməsi ixtisası II kurs 3-cü yerə layiq görülərək yarışın qalibləri olmuşlar.