Gəncə Dövlət Universitetində 15 sentyabr “Bilik günü” münasibətilə Universitetin 2-ci tədris korpusunun qarşısında tədbir keçirilmişdir. Tədbirin davamı olaraq İqtisadiyyat və İdarəetmə fakultəsində görüş keçirilmişdir. Görüşdə fakultə dekanı dos. Ş. N. Xurşudov tələbə və valideynləri yeni dərs ili münasibəti ilə təbrik etmiş və tələbələrə öz tövsiyyələrini vermişdir. Daha sonra 1-ci kursa qəbul olmuş tələbələr fakultə ilə və fakultənin müəllim kollektivi ilə tanış olmuşlar.