UNİVERSİTETİMİZİN FƏXRİ

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Yusif Əmiralı oğlu Yusibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2017-ci il.

Bİzdə öz növbəmizdə İqtisadiyyat və İdarəetmə fakültəsinin kollektivi adından təbrik edir, rəhbərimizlə fəxr və qürur hissi duyduğumuzu bildiririk.