İCTİMAİYYƏTƏ AÇIQ DƏRS

Gəncə Dövlət Universitetində İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının baş müəllimi G.Qazıyevanın  “Vergiyə cəlb olunma əməliyyatlarının uçotu (Fiziki şəxslərin gəlir vergisinin və aksizlərinin timsalında)” mövzusunda genişləndirilmiş auditoriya üçün seminar təşkil edilib. Seminarda universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Şahin Xurşudov, İqtisadiyyat kafedrasının müdiri Zakir Əhmədov, ixtisasçı alim və müəllimlər, tələbələr, eləcə də ümumtəhsil məktəblərinin pedaqoqları iştirak ediblər. Dərs müəllimin fəallığı və yüksək elmi dərrakəyə malik olması ilə yadda qalmışdır.