BAYRAQ GÜNÜ

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü[1] — Azərbaycanda qeyri-iş günü olan bayram.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”[2].

İqtisadiyyat və idarəetmə fakültəsi kollektivi adına bütün Azərbaycan xalqını BAYRAQ GÜNÜ MÜNASİBƏTİ ilə təbrik edirik.