20 YANVAR HADİSƏLƏRİ

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fakültə kollektivi olaraq 20 yanvar hadisələrini hüznlə anırıq. Qeyd edək bu hadisələrin gənc nəslə ötürülməsi üçün fakültədə 20 yanvar stenti hazırlanmışdır. Stendə bu hadisələri əks etdirən foto şəkillər və ədəbiyyatlar öz əksini tapmışdır.