OD ÇƏRŞƏNBƏSİ

Od çərşənbəsi — Novruz bayramının ikinci çərşənbəsidir.

Bu il 2017-ci ildə, ikinci Novruz çərşənbəsi olan Od çərşənbəsi 28 fevral tarixində qeyd olunacaqdır. Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəsi

Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Tonqal sönәndәn sonra qızlar vә oğlanlar külü yığıb onu kәndin kәnarına, ya da yola sәpirdilәr. Bu bir növ tonqaldan atılmış adamların azarınn çıxıb getmәsini simvolizә edir. Qәdim dövrdә tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitәsilә qalayardı. Belә od müqәddәs sayılardı. Tariximizdә elә dövrdәr olub ki, odun üzәrindәn atlanmaqla mәhkumlar xilas olublar. Demәli günahsızdır ki, od onu yandırmayıb.(http://yaaz.az)

İqtisadiyyat və idarəetmə fakültəsi kollektivi adından bütün Azərbaycan xalqını təbrik edirik. OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK.