MEDİATUR

Gəncə Dövlət Universitetində Açıq Qapı günü keçirildi və mediatur təşkil edildi. Qeyd edək ki, universitetdə hazırda semestr imtahanları davam edir. Valideynlər mediaturda iştirak edərək imtahanın gedişatını izləmişdirlər. Məlumat üçün qeyd etməliyik ki, imtahanlar ən son texnologiyalardan istifadə edilərək həyata keçirilir. Bu da imtahanların şəffaflığına dəlalət edir. Valideynlər də mediaturda bütün bunların şahidi olmuşdurlar. Mediaturda İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin valideynləri fəal iştirak etmişdirlər.