Yel çərşənbəniz mübarək

yel çərşənbəsi şəkilləri üçün şəkil nəticəsi



İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir.

Ona xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” də deyilir.

İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eldib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün külək bütün dünyanı gəzərək oyanmış suyu və odu hərəkətə gətirir. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq deməkdir. Qədim insanlar küləyin həm də Allah tərəfindən göndərildiyini iddia ediblər. Yəni o, insanları həm əzizləyə, həm də cəzalandıra bilər.

Yel çərşənbəsi günü də tonqallar qalanmalıdır. istinad- https://modern.az/az/news/230392