Gəncə Dövlət Universiteti Heydər Əliyev mərkəzi ilə birlikdə 8 mart – Beynəlxalq qadınlar gününə həsr edilmiş Konfrans keçirdi

Konfransın moderatoru Heydər Əliyev mərkəzinin elmi işçisi Ellazova Gülər xanım tədbiri açıq elan edərkən sözü Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru dosent Fətəliyeva Gülsüm xanıma verdi. Tədbirdə Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru dosent Pərvin Kərimzadə, bütün fakütələrin humanitar işlər üzrə dekan müavinləri, bayram münasibətilə təltif olunmuş qadın əməkdaşlar və tələbələr iştirak edirdi. İqtisadiyyat və idarəetmə fakültəsindən dosent İsgəndərova Nazilə və Biznesin idarə edilməsi ixtisası üzrə II kurs tələbəsi Pəri Qurbanova çıxış etdilər.