30.03.2021- ci il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsində 31 mart -Azərbaycanlıların soyqırımına həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açdı. Tədbirdə fakültə TEC -nin sədri Mustafa Cəfərov da çıxış etdi. Həmçinin tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin humanitar məsələlər üzrə dekan müavini Könül Əlizadə, İqtisadiyyat kafedrasının müəllimi Xəqani Kazımov və İdarəetmə kafedrasının müəllimi Kamil Cəfərov da iştirak edirdi.