Gəncə Dövlət Universitetinin İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin marketinq mütəxəsisi Maqsud Vəliyev və İdarəetmə kafedrasının müəllimi Kamil Cəfərov 9-10 dekabr 2021 tarixində Bakı şəhəri Qafqaz Point Hotelində təşkil olunmuş Avropa İttifaqının Gənclər proqramı çərçivəsində Sahibkarlıq tədrisi konfrasında iştirak ediblər .
Konfransın birinci günü Avstriyalı təlimçilər Kristian Vagner və Johannes Lindler Aİ Gənclərin Yol xəritələri layihəsi, Kurriklumların tətbiqinin gücləndirilməsi və təsirinin ölçülməsi , Kurriklum variantların fayda və hədəf qrupa uyğunlaşması mövzusunda təlim keçiblər . Təlim zamanı Avstriyalı təlimçilər iştirakçıları sahibkarlıq təhsili üzrə Avropa təcrübəsi ilə tanış edərək bu istiqamətdə bilik və bacarıqlarını artırmaq və yaradıcı tədris metodikasınının inkişaf mövzusunda öz təcrübələrini bölüşmüşlər