Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün münasibətilə Gəncə Dövlət Universitetinin II korpusunda böyük tədbir keçirildi və həmin tədbirdə Universtetin həyatında fəal iştirak edən tələbələr, o cümlədən İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri : İqtisadiyyat ixtısası IV kurs tələbəsi Süleymanov Rövşən İlham oğlu və Turizm işinin təşkili II kurs tələbəsi İsayeva Vüsalə Məhərrəm qızı “Fəxri fərmanla” təltif edildilər.
Bayramınız mübarək Azərbaycan gəncləri!