15 fevral 2022-ci il tarixində fakültənin “İqtisadiyyat” və “İdarəetmə” kafedralarında yaz semestrinə hazırlıqla əlaqədar iclaslar keçirildi. Hər iki iclasda Fakültə dekanı, dosent Şahin Xurşudov çıxış etdi , bütün məllimlərə öz fəaliyyətlərində məsuliyyətli olmağı və dərslərini yüksək səviyyədə aparmalarını tələb etdi.
“İdarəetmə ” kafedrası üzrə İclasın gündəliyi:
1. 2022-cı tədris ilinin II yarısında qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr
2. 2022-cı tədris ilinin II yarısında tədris olunacaq fənlər üzrə tərtib olunmuş sillabusların müzakirə və təsdiqi
3. 2022-cı tədris ilinin II yarısında keçiriləcək açıq dərslərin qrafikinin təsdiqi
4. 2022-cı tədris ilində keçiriləcək fənlərin tədris proqramlarının yenidən baxılması və müzakirəsi
5. 2022-cu ildə II kurs magistr tələbələrinin hazırladıqları elmi məqalələrinin müzakirə və təsdiqi
“İqtisadiyyat ” kafedrası üzrə İclasın gündəliyi:
1. 2021/2022-ci tədris ilinin II yarımilinə hazırlıq vəziyyətinin müzakirəsi.
2. IV kurs tələbələrinin istehsalat təcrübələrinin təşkili haqqında məsələnin müzakirəsi.
3. II kurs magistrantların elmi–tədqiqat və elmi–pedoqoji təcrübələrinin yerinə yetirilməsinə hazırlıq vəziyyətinin müzakirəsi.
4. Cari məsələlər.