AÇIQ DƏRS

13 aprel 2022-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə edilməsi ixtisası I kurs tələbələrinə “Mikroiqtisadiyyat” fənnindən “İstehsal amilləri və amil gəlirlərinin bölgü nəzəriyyəsi” mövzusunda İqtisadiyyat kafedrasının baş müəllimi Rafiq Vahid oğlu Abbasovun açıq dərsi keçirildi. Dərsdə fakültənin dekan əvəzi dosent Məsim Abadov, kafedranın müdiri,dosent Zakir Əhmədov, kafedranın müəllimləri Könül Əlizadə, Mustafa Cəfərov, Aytac Cəfərova, Şəhla Abbasova, Gülşən Tağıyeva və Xəqani Kazımov iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.