UNİVERSİTETİN BURAXILIŞ KURS TƏLƏBƏLƏRİ İSTEHSALAT TƏCRÜBƏSİNDƏ

Azərbaycan Respublikasının Nazirlər kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarına əsasən ali təhsil müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübələrin keçirilməsi Universitet ilə istehsalat müəssisəsi arasında ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Rektorluğun  24.12.2021-ci il tarixli 4/163 saylı əmrinə əsasən İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat, Dövlət və bələdiyyə idarəedilməsi, Mühasibat uçotu və audit, Menecment, Biznesin idarə edilməsi, Turizm və otelçilik, Maliyyə, Marketinq ixtisaslarının IV kurs tələbələri Gəncə şəhərində yerləşən istehsalat müəssisələrində təcrübə keçmələri ilə əlaqədə olaraq Statstika idarəsi, Kəpəz və Nizami bələdiyyəsi, Gəncə Mehmanxanası, Məşğulluq mərkəzləri, Yelo Bank, AFB Bank, Ekspress Bank, Rabitə Bank, ASAN xidmət müəssisələrində istehsalat təcrübəsinə göndərilmişdilər. İstehsalat təcrübəsi müddətində təcrübəçi tələbələr həmin müəssisələrin nizam –intizam qaydalarına əməl etməklə öz ixtisaslarına uyğun bilik və bacarıq vərdişlərini artırmaq üçün həmin müəssisənin təcrübəli işçiləri ilə bərabər vətəndaşlara xidmət göstərirlər. Tələbələr təcrübə müddətində idarəetmə orqanlarının iş təcrübəsi ilə tanış olmaq onların ümumi, idarəetmə quruluşu, müəssisələrin qarşıya qoyduğu ictimai və sosial problemlərin həlli ilə bağlı yerinə yetirdiyi işlər, buraxılan məhsulların təyinatı, xarakteri, istehsalat bölmələri, sexlər və iş yerləri arasındakı qarşılıqlı əlaqələri öyrənmək, ali məktəblərdə qazandıqları nəzəri bilikləri möhkəmləndirmək və dərinləşdirməkdən ibarətdir.