29 noyabr 2022-ci il tarixində Iqtisadiyyat kafedrasının müəllimi Quliyeva Yasəmən Kamal qızının Mühasibat uçotu və audit ixtisası IV kurs tələbələrinə Kommersiya fəaliyyəti fənnindən “Reklam vasitələrinin növləri, onların tətbiqi. Malların satışı üzrə reklam məlumat fəaliyyətinin təşkili” mövzusunda və 30 noyabr 2022-ci il tarixində Iqtisadiyyat kafedrasının müəllimi Abbasova Şəhla Rauf qızının Maliyyə III kurs tələbələrinə Maliyyə bazarları fənnindən “Sığorta bazarı” mövzusunda açıq mühazirələri keçirilmişdir. Dərslərdə fakültə dekanı dosent M.Abadov, kafedra müdiri dosent Z.Əhmədov , kafedranın müəllimləri və Keyfiyyət və nəzarət şöbəsinin əməkdaşları iştirak etmişlər. Hər iki dərsdə proyektordan istifadə edıldi.