13 dekabr 2022-ci ildə Gəncə Dövlət Universitetinin V korpusunda rektor professor Yusif Yusibovun və tədris məsələləri üzrə prorektor Şahin Xurşudovun tələbələrlə imtahan qabağı görüşü kecirildi.
İclasda tələbələr onları narahat edən sualları verdilər və o suallara tam aydınlıqla cavab aldılar. Həmçinin tələbələr rektorluğa onlara göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Beləki, tələbələrə mühazirə mətnləri həm elektron həm də kağız formasında verilmiş, yazılı formada keciriləcək imtahanların sualları lövhədən asılaraq tələbələrə catdırılmış və test formasında keciriləcək imtahanların testləri beş variant cavabla (düzgün cavab A variantında olmaqla) verilmişdir.
Tələbələrimizə imtahan sessiyasında uğurlar!